“Azercell”dən möhtəşəm şou - Emin Ağalarov səhnəyə çıxacaq
Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan “Azercell” fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır. İyun ayının 21-i Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək böyük tədbirdə “Azercell” bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edəcək.
“Azercell” bu mühüm günün sevincini bütün ölkə ilə paylaşacaq. Odur ki, dünyaca məşhur mügənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarovun iştirakı ilə keçiriləcək və rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirəcək ilin ən valehedici şousuna giriş sərbəstdir! Azərbaycanın telekommunikasiya sahəsi üçün olduqca əlamətdar bu gündə məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutacaq tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşəcəklər.
Biz yeni rəqəmsal dövrümüzə sizinlə addımlamaq və fəaliyyətimizin tarixi günü kimi qeyd ediləcək bu günü hər birinizlə paylaşmaq istəyirik! Musiqinin sehrinə qapılacağınız bu şouda Rəqəmsal gələcəyi “Azercell” ilə qarşılayaq!
-
"Leyli və Məcnun" yeni repertuarda
...
-
Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - Video
...
-
Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək
...
-
Azərbaycan filmi Avropa festivalında - Video
...
-
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - Video
...
-
Altı ölkənin nazirləri Şuşada görüşəcək
...
-
Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə uğurla iştirak etdilər
...
-
Ərdoğan Naxçıvanda Hüseyn Cavidin şeirini səsləndirdi - Video
...
-
Emil Rəhmanov dünyasını dəyişdi
...
-
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı oldu - Fotolar
...