“Azercell”in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

21:50 18-06-2019 | icon 3007
“Azercell”in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Məqsədi abunəçiləri üçün həyatı asanlaşdırmaq və rəqəmsallaşdırmaq olan “Azercell” şirkəti ölkənin telekommunikasiya sektorunda 49% payla lider mobil operator mövqeyində qərarlaşıb.

“Azercell” ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, fəaliyyət göstərdiyi 22 il ərzində isə 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.

İl ərzində şirkətin yeni sərmayələri nəticəsində 4G istifadəçilərinin sayı 3 dəfə artıb. 4G şəbəkəsinin coğrafi ərazi əhatə dairəsində 61.4%, əhali əhatə dairəsində isə 86.2% artım qeydə alınıb. Günlük 4G internet istifadəsində müşahidə olunan artım 49.6% təşkil edib.

4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət il boyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim edib. Nəticədə Azercell müştərilərinin 60%-dən çoxu smartfon istifadəçisinə çevrilib.

“Azercell”in ötən ildə ümumi mobil internet trafiki 55%, LTE mobil trafiki isə 199% artmışdır.


Digər xəbərlər

0.30541014671326