DGK-dan narazı sahibkar özünü yandırdı - Gəncədə

21:53 18-06-2019 | icon 2848
DGK-dan narazı sahibkar özünü yandırdı - Gəncədə

Son vaxtlar  Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı  apardığı qanunsuz əməllərlə bağlı  mətbuatda kifayət qədər yazılar dərc olunur. 

 

Gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda  cərimə ödəməyə məcbur edirlər. 

Daha çox qanunsuzluq  ixrac olunan məhsulların gömrük rüsumu ilə bağlı olur. Bir sözlə, DGK rəhbərliyi islahat adı altında iş adamlarını, obrazlı desək, "çarmıxa" çəkir. 

Bütün bunlar iş yerlərinin bağlanmasına, sahibkarların ciddi narazılığına səbəb olur. 

Məlumata görə bu gün səhər saatlarında DGK-nın qanunsuz tələblərindən bezən iş adamı  Qərb Ərazi Gömrük Baş İdarəsinin ( Gəncə şəhəri ) qarşısında özünü yandırıb. 

Mənbənin məlumatına görə, həmin iş adamı mobil telefonların  adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş. 

Hadisə ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladlq. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, məsələni araşdırıb məlumat verəcəyik. (nuh.az) 


Digər xəbərlər

0.24071884155273