DGK-dan narazı sahibkar özünü yandırdı - Gəncədə
Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur.
Gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər.
Daha çox qanunsuzluq ixrac olunan məhsulların gömrük rüsumu ilə bağlı olur. Bir sözlə, DGK rəhbərliyi islahat adı altında iş adamlarını, obrazlı desək, "çarmıxa" çəkir.
Bütün bunlar iş yerlərinin bağlanmasına, sahibkarların ciddi narazılığına səbəb olur.
Məlumata görə bu gün səhər saatlarında DGK-nın qanunsuz tələblərindən bezən iş adamı Qərb Ərazi Gömrük Baş İdarəsinin ( Gəncə şəhəri ) qarşısında özünü yandırıb.
Mənbənin məlumatına görə, həmin iş adamı mobil telefonların adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş.
Hadisə ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladlq. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, məsələni araşdırıb məlumat verəcəyik. (nuh.az)
-
Sabahın havası açıqlandı
...
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib
...
-
Qubada iftar mərasimi təşkil olunub
...
-
Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar
...
-
Sabah 20° isti olacaq
...
-
Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirib - FOTOLAR
...
-
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“IDEA” Sabunçuda “Bizim Həyət”in açılışını etdi - Fotolar
...
-
Uğurlu xarici siyasətin yeni təzahürü
...