“Neftçi” Moldova, “Səbail Rumıniya klubuna qarşı

22:09 18-06-2019 | icon 3105
“Neftçi” Moldova, “Səbail Rumıniya klubuna qarşı

Bu gün Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

Ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” və “Səbail” də rəqiblərini tanıyıb.

 

“Neftçi” UEFA Avropa Liqasının ilk mərhələsində “Speranta” (Nisporeni, Moldova) ilə qarşılaşacaq.

“Səbail” isə UEFA Avropa Liqasının ilk mərhələsində “Universitatya Krayova 1948” (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. 

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq. 


Digər xəbərlər

0.25591397285461