Tural Əliyev: " Mən və mənim kimi 95 faiz gənc güləş hakimi Hicran müəllimə minnətdardı" 

09:59 19-06-2019 | icon 111
Tural Əliyev:
loading...

Bu gün 1-S kateqoriyalı güləş hakimi Hicran Şərifovun Tokio Yay Olimpiya Oyunlarında da iştirak edəcəyi, bununla da Şərifovun gənc hakimlərin qarşısını kəsməsi ilə bağlı məlumat yayılıb.

Məlumata görə, hakimlərimiz arasında gərginlik Dünya Güləş Birliyi tərəfindən xoş qarşılanmayıb və bunu Azərbaycan Güləş Federasiyasına çatdırıb.

Yazıda adı hallanan gənc hakimlərdən biri olan Tural Əliyev məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, adının ondan xəbərsiz bu cür iyrənc olayda hallanmasının qəti əleyhinədir.

T. Əliyev Azeripress.az-a bildirib ki, yazılanlar tamamən absurd fikirlərdir və Hicran Şərifova qarşı başlanan çirkin kampaniyanın tərkib hissəsidir.

"Bu gün Azərbaycan güləş hakimlərinin 95 faizi mən daxil olmaqla Hicran müəllimə minnətdardı. Mən öz adımdan və ətrafımda olan gənc güləş hakimləri adından bunu əminliklə deyirəm. Nə vaxt hansı çətinliyimiz olub, nə kömək lazım olubsa, Hicran müəllim əlindən gələn köməkliyi edib. Öz biliyini, təcrübəsini gənc hakimlərdən əsirgəməyib.

O ki qaldı onun guya gənclərin qarşısını kəsməyinə, bu da tamamilə absurd fikirdi. Əvvəla, Hicran müəllim də bizim kimi adi hakimdi. Onun ixtiyarı yoxdu ki, kiminsə qarşısını kəssin. Federasiyamız var. Federasiyamızın rəhbərliyi var. Onlar da sağ olsunlar, kimi nə vaxt, hansı yarışa lazımdı təyin edirlər.

Şəxsən mən bu il iki nüfuzlu turnirdə hakimlik etmişəm. Mənim qarşımı kim, necə kəsə bilər? Sağ olsun hakimlər kollegiyamızın sədri Qərib müəllim. O, bizə nə lazımdı öyrədir, məsləhətlərini verir.

Federasiya rəhbərliyimizə də minnətdarıq. Prezident əvəzi Namiq Əliyev başda olmaqla vitse-prezident Firdovsi Umudov, baş katib Orxan Məmmədov, hakimlər kollegiyasının sədri Qərib Əliyev hər zaman biz hakimlərə dəstək olurlar. Gənc hakimlərimiz bütün beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Hansı hakimin kateqoriyası hansı yarışa uyğundursa, o da təyinat alır. Hazırda İtaliyada davam edən yeniyətmələrin Avropa çempionatında ən gənc hakimlərimizdən olan Kamran Əliyev ölkəmizi təmsil edir. İspaniyada yenicə başa çatan gənclərin Avropa çempionatında mən iştirak etmişəm. Hicran Şərifov bizim qarşımızı necə kəsir ki, bu qədər beynəlxalq yarışlara gənc hakimlərimiz təyinat alırlar?

Federasiya rəhbərliyi də heç vaxt belə neqativ halların yaşanmasına, kiminsə haqqına girilməsinə yol verməz. Bütün idmançılarımıza, məşqçilərimizə, hakimlərimizə yüksək səviyyədə qayğı göstərilir. Hamının öz haqqı öz yerindədi."


Digər xəbərlər

0.25566601753235