UEFA “Neftçi”nin matçının yerini dəyişdi

12:22 19-06-2019 | icon 3212
UEFA “Neftçi”nin matçının yerini dəyişdi

Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan “Neftçi” – “Speranta” matçının yeri dəyişdirilib.

Komandalar arasında ilk oyun Bakıda deyil, Moldovada baş tutacaq.

Buna səbəb Moldovanın 2 klubu - “Speranta” və “Petrokuba”nın Avroliqadakı ev oyunlarını eyni arenada - Kişinyovdakı “Zimbru” stadionunda keçirməsidir. Eyni gündə hansısa stadionda 2 avrokubok matçının keçirilməsi qeyri-mümkün olduğundan, iyulun 11-də “Neftçi” səfərdə meydana çıxmalı olacaq.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də “Bakcell Arena”da keçiriləcək. 


Digər xəbərlər

0.34364604949951