Kardaşyanın atası kimdir? - Xəyanət qalmaqalı

12:25 19-06-2019 | icon 3250
Kardaşyanın atası kimdir? - Xəyanət qalmaqalı

Amerikanın TV ulduzu Kloe Kardaşyanın atasının məşhur aktyor O. Cey Simpson olduğu iddia edilib. Bu barədə Amerika KİV-ləri məlumat yayıb. 

Qeyd olunub ki, fenomen qadının anası Kris Cenner əri Robert Kardaşyanla evli olarkən Simpsonla cinsi münasibətdə olub. Onların gizli əlaqəsindən Kloe dünyaya gəlib və Kris onu hər kəsə Robertin qızı kimi təqdim edib.  

Bu məqamda bildirək ki, Amerika KİV-ləri Robertlə Simpsonun çox yaxın dost olduğunu, aktyorun tez-tez Kardaşyan ailəsinə qonaq getdiyini qeyd edib. 

Xanımı Nikol Brounu öldürməkdə ittiham olunan Simpson isə iddialara tvitter hesabından cavab verib. O, Krisə qarşı cinsi istəyinin olmadığını bildirib:

“Krislə dostum Robert tanış olub evləndilər. Amma bu nikah uzun çəkmədi. Mənim isə Krisə marağım olmayıb, şayiədir. Kloe Kardaşyan qızım olmasa da, onunla fəxr edirəm”.  

Kris Cenner

Robert Kardaşyan və O. Cey Simpson

Kloe Kardaşyan

 

 

Digər xəbərlər

0.26856112480164