Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı
21 iyunda Minskdə start götürəcək II Avropa Oyunlarının açılışı mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.
Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Minskdə keçirdiyi brifinqdə bildirib ki, təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Salome Zurabişvili, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiya Baş Naziri Dmitri Medvedev, Bosniya və Hersoqovina rəyasət heyətinin sədri Milorad Dodik iştirak edəcək.
Onun sözlərinə görə, tədbirdə Çeçenistan Prezidenti Ramzan Kadırovun da iştirakı gözlənilir.
Bundan başqa, mərasimə Mərkəzi Avropa Təşəbbüs Qrupunun Baş katibi Roberto Antonione, YUNESKO-nun baş direktorunun müavini Nad Əl-Nəşif, Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Tiqran Sarkisyan, Baltik dənizi dövlətləri Şurasının baş direktoru Mayra Moyra, Böyük Britaniyanın Ticarət Siyasəti üzrə Dövlət katibi Corc Hollinqberi və və 40-dan çox ölkənin milli olimpiya komitələrinin rəhbərləri qatılacaqlar.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...