Azərbaycanlı sürücü generalı yarı yolda qoyub soydu
İyunun 14-də Moskvada Azərbaycan vətəndaşının iştirakı ilə oğurluq hadisəsi qeydə alınıb.
Rusiya Daxili İşlər Nazirliyinin Çin üzrə nazir müavini ölkəsində məzuniyyətini başa vurduqdan sonra Çinə qayıtmaq üçün səhər tezdən taksi sifariş edib.
İki saat yol getdikdən sonra general-leytenantın səhhəti pisləşib, onun burnundan qan gəlib. Bu zaman sürücü ona avtomobildən enməyi və üzünü yumağı təklif edib. Lakin üzyuma prosesi bitəndə o, sərnişini yolda qoyaraq qaçıb.
Maşında bir neçə bank kartı, sənədlər, hədiyyələr qalıb.
Generalın hüquq-mühafizə orqanlarına müraciətindən sonra hadisəni törədən 59 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
O, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək sənədləri zibil qutusuna atdığını, bəzi əşyaları bomjlardan birinə verdiyini, özünə isə iPad götürdüyünü etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...
-
DTX onu da saxlayıb
...
-
Saxlanılan 4 nəfər DTX-də dindirilir
...
-
Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 4 nəfər saxlanıldı - Rəsmi
...
-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...
-
Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
...
-
Profilində narkotiki təbliğ etdi, həbs olundu
...
-
DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
...