“Qarabağ” yenidən “Şerif”lə qarşılaşa bilər

18:46 19-06-2019 | icon 2727
“Qarabağ” yenidən “Şerif”lə qarşılaşa bilər

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə uduzub mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək.

Artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib. Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) - “Saburtalo” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.


Digər xəbərlər

0.28319215774536