Taleh Qaraşov səyyar qəbul keçirib - Fotolar
Lənkəran ŞİH başçısı Taleh Qaraşov səyyar qəbul-görüşlərini ucqar dağ kəndlərində davam etdirir. Başçının növbəti səyyar qəbul-görüşü 19 iyun 2019-cu il tarixdə rayonun ucqar dağ kəndlərindən olan Biləsərdə keçirilib.
Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər diqqətlə araşdırılaraq həllindən ötrü tədbirlər müəyyənləşdirilib. Səyyar qəbuldan razılıqlarını ifadə edən sakinlər Lənkəran şəhərinin və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər.
Çıxışlarda şəhər İcra Hakimiyyəti başçısının vətəndaş müraciətlərinə göstərdiyi həssas münasibət xüsusi qeyd olunmaqla yuxarıda göstərilən yeniliklərin məhz bu diqqətin bəhrəsi olduğu xüsusi vurğulanıb. Onlar eyni zamanda Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsinin bu ərazidə yaşayan sakinlərin də rahatlığı üçün şərait yaratdığını qeyd ediblər.
Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən səsləndirilmiş fərdi müraciətlərin həlli ilə də bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...