Alimpaşa Məmmədov ucqar dağ kəndinin sakinləri ilə görüşdü - Foto
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün rayonun ən ucqar dağ kəndi olan Çaykənd kəndində 15 nəfər sakinini müraciətini fərdi qaydada dinləyib.
Qəbuldan öncə icra başçısı Çaykənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.
İcra başçısı bildirib ki, Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur: “Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, Respublikamız Cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq. Öz liderinə inanan, güvənən Azərbaycan xalqı da əmindir ki, gənc müstəqil ölkəmiz bu uğurları ilə yaxın gələcəkdə daha da qüdrətli dövlətə çevriləcək”.
Daha sonra sakinlər fərdi qaydada dinlənilib. Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, elektrik dirəkləinin dəyişdirilməsi və mübahisəli torpaq məsələləri barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...
-
Sabahdan Ramazan tətili başlayır
...