Salyan rayonunda müxtəlif sahələrdə çalışan bir qrup gənclərlə görüş keçirilib

18:59 19-06-2019 | icon 3585
Salyan rayonunda müxtəlif sahələrdə çalışan bir qrup gənclərlə görüş keçirilib

18 iyun 2019-cu il tarixində rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun müxtəlif sahələrdə çalışan bir qrup gəncləri ilə görüş keçirmişdir.  Maraqlı diskusiya şəraitində keçən görüşdə gənclər çıxış edərək arzu və  təkliflərini bildirmiş, hazırda Prezident İlham Əliyev tərəfindən ölkə siyasətinin uğurla davam etdirildiyini qeyd etmiş, dahi şəxsiyyət Heydər Əliyevin ideyalarını yaşatmaq üçün bütün güc və bacarıqlarını səfərbər edəcəklərini bildirmişlər. Gənclər onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.


Digər xəbərlər

0.27159214019775