Toğrul Əsgərov millidən kənarlaşdırıldı

09:24 20-06-2019 | icon 3586
Toğrul Əsgərov millidən kənarlaşdırıldı

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində dəyişlik edilib.

 Olimpiya çempionu Toğrul Əsgərov sözügedən yarışda iştirak etməyəcək. Buna səbəb isə güləşçinin fiziki hazırlığının yerində olmamasıdır. Əsgərov bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb.

Çəki problemi yaşayan sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov da eyni aqibətlə üzləşib. 

 

Qeyd edək ki, Minsk-2019-da Toğrulu Hacımurad Hacıyev (74 kq), Cəbrayılı isə Aleksandr Qostiyev (87 kq) əvəz edəcək.


Digər xəbərlər

0.27682685852051