Binəqədidə dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbir - Foto
21 iyunda Binəqədi Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın dövlət qulluqçuları, RİH başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Rayon MKTB-nin rəisi və rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak edib. Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzulayıb.
O, qeyd edib ki, dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin diqqətindədir.
Tədbirin sonunda bir qrup dövlət qulluqçusu təltif olunub.
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...