Generalın təqaüdə göndərilməsi ilə bağlı - Açıqlama
Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.
R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.
E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə, nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləyib.
Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan general Elxan Həsənov peşəkar polis zabiti kimi tanınıb.
***
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, rəis müavini, polis general-mayoru Elxan Həsənov öz vəzifəsində fəaliyyətini davam etdirir.
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...