Boksçumuzun ilk rəqibi ermənidir

17:39 21-06-2019 | icon 3473
Boksçumuzun ilk rəqibi ermənidir

Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb.

Bu gün başlayacaq turnirdə Azərbaycan idmançıları da rəqiblərin tanıyıb. 

11 boksçumuzdan 8-i 1/16, 3-ü isə 1/8 finaldan mübarizəyə qoşulacaq. Lorenso Sotomayorun ilk rəqibi isə ermənidir. O, ilk görüşdə Qurgen Madoyanla üz-üzə gələcək. 

Kişilər
21 iyun, 1/16 final
-56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)
-91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)
+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

22 iyun, 1/16 final

-60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)
-69 kq. Lorenso Sotomayor – Qurgen Madoyan (Ermənistan)
-75 kq. Kamran Şahsuvarlı – Georgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi
-81 kq. Alfonso Dominges – Stepan Qrekul (Ukrayna)

23 iyun, 1/16 final

-64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Niderland)
1/8 final
-49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)

24 iyun, 1/8 final

-52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)
Qadınlar

24 iyun, 1/8 final

-69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)


Digər xəbərlər

0.24486494064331