İradə Gülməmmədova Mehdiabad sakinləri ilə görüşdü - Fotolar
Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Mehdiabad qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində lazimi addımların atılması olduğunu vurğulayan İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını bildirib. Qeyd edilib ki, ötən müddət ərzində qəsəbənin yeni yaşayış massivlərində məskunlaşmış əhaliyə kommunal xidmətlərinin daha da yaxşı göstərilməsi istiqamətinə böyük işlər görülüb. Sakinlər fasiləsiz elektrik enerjisi, mavi yanacaq və içməli su ilə təmin edilib, qəsəbənin daxili yollarının abadlaşdırılması həyata keçirilib.
Sonra Abşeron RİH başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram İbrahimov və Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Əbülfət Nuriyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.
Bundan sonra qəsəbə sakinləri çıxış edərək ötən görüşlər zamanı qaldırılan problemlər tamamilə həll olunduğunu qeyd ediblər. Çıxışçılar rayonda, eləcə də Mehdiabad qəsəbəsində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, qəsəbənin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...