Ərdoğan İlham Əliyevə zəng etdi

11:59 22-06-2019 | icon 2276
Ərdoğan İlham Əliyevə zəng etdi

İyunun 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Prezidentlər ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.


Digər xəbərlər

0.27356004714966