II Avropa Oyunlarının açılış mərasimi keçirilib - Foto+Video
Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilib.
Mərasimə Belarus prezidenti Aleksandr Lukaşenko da qatılıb.
Təntənəli tədbirdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər də yer alıb.
“Dinamo” Milli Olimpiya Stadionunda keçirilən tədbirdə idmançıların paradı gerçəkləşib.
Baş prodüseri İqor Krutoy, quruluşçu rejissoru isə Aleksey Seçenov olan mərasimdə Belarusun tarixi və əfsanələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Mərasimin rəsmi hissəsində BMT-nin baş katibi Antonio Quterresin videomüraciəti səsləndirilib.
Daha sonra EOC prezidenti Yanez Kotsiyançiç çıxış edib. Belarus prezidenti Aleksandr Lukaşenko isə çıxışında belə nəhəng layihəni həyata keçirməkdən qürur hissi keçirdiklərini vurğulayıb. Lukaşenko bildirib ki, belaruslu idmançıların “Minsk 2019” II Avropa Oyunlarındakı uğurları ölkə üçün böyük nailiyyət sayılacaq. O, bütün yarış iştirakçıları və qonaqları salamlayaraq, II Avropa Oyunlarını açıq elan edib.
Mərasim atəşfəşanlıqla başa çatıb.
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...