Güləşçimiz Avropa çempionatında üçüncü oldu - Fotolar
Azərbaycan idmançısı Elnurə Məmmədova İtaliyada keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında bürünc medal qazanıb.
Yarışın dördüncü günündə daha üç qız güləşçimiz mübarizəyə qoşulub.
Elnurə Məmmədova ilk görüşdə Almaniya güləşçisi ilə qarşılaşıb. Son saniyələrdə üstünlüyü əldən verən Elnurə minimal fərqlə uduzub - 2:3. Ancaq rəqib finala yüksəldiyi üçün E.Məmmədova təsəlliverici qarşılaşmaya çıxıb. Danimarkalı rəqibinə ilk hissədə 12:0 hesabı ilə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Sonuncu qarşılaşmada Polşa idmançısı ilə üz-üzə gələn həmyerlimiz 3:0 hesabı ilə qələbə qazanaraq Avropa üçüncüsü olub.
Digər idmançımız Lalə Mirzəyeva ilk mərhələdə polşalı rəqibinə qalib gəlib. Ancaq daha sonra Rumıniya idmançısına yenilib. Mərziyə Sadıqova ilk görüşdə Fransa təmsilçisinə uduzub.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...