Alı Alıyev budəfəki görüşü Qayıdış qəsəbəsində keçirdi - Foto
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 5 saylı Qayıdış qəsəbəsində keçirilib.
Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
Alı Alıyev deyib ki, qəsəbədə hal-hazırda 922 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 922 nəfərə hər ay 55320 manat vahid aylıq müavinət ödənilir, 2 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.
5 saylı Qayıdış qəsəbəsində 3 şəhid ailəsi, 17 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 220 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 140 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...