“Zeynəb Xanlarova qaldığım hotelə gəlmişdi”
“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Türkiyənin məşhur aktrisası Türkan Şoraydan müsahibə alıb. Sözügedən müsahibə artıq eyniadlı jurnalda yayımlanıb.
“Yeşilçam”ın əfsanəvi ulduzu müsahibəsində Azərbaycana indiyə qədər 4 dəfə gəldiyini, millət vəkili Zeynəb Xanlarova ilə dostluq əlaqələrinin olduğunu açıqlayıb.
“Zeynəb Xanlarova ilə çox yaxşı dostuq. Mənə gözəl üzük də hədiyyə edib. Zeynəb xanım Türkiyəyə səfər edəndə bir neçə dəfə bizə də qonaq gəlib. Tez-tez çay süfrəsi arxasında söhbət etmişik. Azərbaycana sonuncu səfərimdə qaldığım hotelə gələrək mənə baş çəkmişdi”, - deyə aktrisa bildirib.
Türkan Şoray Bakıya səfəri zamanı özünün qələmə aldığı kitabını Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya hədiyyə etdiyini də sözlərinə əlavə edib:
“Həyatım boyu sadəcə bir kitab yazmışam-mənim kinodakı həyatım barədə…Bu kitabda mənim tərcümeyi- halım əks olunub. Orada mən kinomuzun ötən əsrin 60-cı illərindən bu günə qədər keçdiyi inkişaf tarixindən yazmışam. Kitabım belə adlanır: “Mənim kinom və Mən”. Bu kitabı Bakıya səfərim zamanı Azərbaycanın birinci xanımına hədiyyə etmişəm”.
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...