1 saylı Respublika Psixiatriya Xəstəxanası inkişaf edir

10:26 07-12-2019 | icon 3558
1 saylı Respublika Psixiatriya Xəstəxanası inkişaf edir

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi baş həkimdir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir baş həkim Ağahəsən Rəsulov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.



1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda isə xəxtəxanada həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Buranın yenidən qurulması istiqamətində son illər ərzində əhəmiyyətli işlər görülmüşdür.  Xüsusi olaraq qeyd olunmalıdır ki, xəstəxananın ərazisində həyata keçirilmiş abadlıq və yenidənqurma işləri öz keyfiyyəti və üslubu ilə diqqəti cəlb edir.

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, baş həkimdən, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 
Ağahəsən müəllim işlədiyi bu illər ərzində diqqətli həkim, səriştəli baş həkim kimi tanınmışdır.Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır. Xəstəxananın kollektivi də Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən baş həkimlərinə güvənir. 

P.S..Di gəl, çox təssüflər olsun ki, baş həkimin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.22853899002075