Binəqədi icra hakimiyyəti ilə "Binəqədi Oil"-in davası vətəndaşların başında "çatlayır" - VIDEO
Binəqədi rayon Biləcəri qəsəbəsi, 9-cu Döngə ərazisində yaşayan sakinlər “Binəqədi Oil” şirkətinin qanunsuz əməlləri ilə bağlı redaksiyamıza müraciət ediblər.
Azeripress.az-a müraciət edən sakinlərdən biri Ağalarov Çingiz Oqtay oğlu bildirir ki, Binəqədi rayon icra hakimiyyətinin təsdiqi ilə rəsmi qaydada torpaq alıb,amma:
“Mən Biləcəri bələdiyyəsindən nümayəndə dəvət edib dəfələrlə soruşmuşam ki, bu torpağın neft ərazisinə aidiyyəti varmı ? Bələdiyyənin nümayəndəsi elektron sistemdə yoxlayıb mənə bildirib ki, bu torpağın neft ərazisinə heç bir dəxli yoxdur, gedin evinizi tikin. Biz də 8 ailə burda ev tikmək üçün torpaq almışıq.
İndi “Binəqədi-oil” şirkətinin nümayəndələri gəlib ki, bu ərazi ötən əsrin 60-cı illərindən neft ərazisidir,və bizim sənədlər saxtadır. Axı, bu sənədləri bələdiyyə verib və üstəlik icra hakimiyyəti təsdiq edib. Bu necə saxta ola bilər? “Binəqədi oil” isə bizim ərazidə neft quyusu qazmaq eşqinə düşüb. Əvəzində bizə 1 manat da kompensasiya vermək istəmirlər”.
Digər narazı vətəndaş isə bildirir ki, bu ərazi 1996-cı ildə bələdiyyəyə verilib:
“Burda 48 sot torpaq hansısa vəzifəli şəxsə məxsus olub. Heç kim həmin vəzifəli şəxsin qorxusundan bu ərazilərə girə bilməyib. Binəqədinin keçmiş icra başçısı Xaləddin İsgəndərov gedəndən sonra Neft Şirkəti burada baş qaldırıb. Əslində bu münaqişə İcra hakimiyyəti ilə Neft şirkətinin davasıdır. Burda torpağın sotu azı 5 min manatdır. Sakinlər bankdan kredit götürüb, torpaq alıb. Əlimizdə bələdiyyənin, icra hakimiyyətinin icazəsi var. Yaxşı, burda neft quyusu qazmaq istiyirlərsə, bizə bina tikib ev versinlər. 2003-cü ildə bu torpaqlar bizə veriləndə Neft Şirkəti hara baxırdı ? Niyə səsinizi çıxarmırdı?.
Əgər bu ərazi dövlətə lazımdırsa, lap yaxşı, əvəzində bizə kompensasiya verilsin”.
Hazırda Şikayətçilər tək ümid yeri kimi ölkə başçısı İlham Əliyev cənablarına üz tuturlar. Onlar əmindirlər ki, cənab İlham Əliyev bu problemi özü nəzarətə götürüb ədalətli qərar verəcək.
Məsələ ilə bağlı “Binəqədi Oil” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Rəşad adlı nümayəndəsi Azeripress.az-a açıqlamasında bildirdi ki, qeyd olunan ərazi həqiqətən də Binəqədi neft şirkətinə məxsusdur. Həmin ərazidə neft yatağı olduğu üçün neft quyularının qazılması ölkə üçün çox əhəmiyyəlidir:
“Bildiyiniz kimi ölkəmizin əsas gəlir mənbəyi neft olduğu üçün bu məsələdə ölkənim iqtisadi marağı öndə durur. Vətəndaşların şikayəti ilə bağlı isə onu deyə bilərəm ki, ərazi bizim şirkətə məxsus olsa da icra hakimiyyəti bu torpaqları qanunsuz olaraq vətəndaşlara satıb. Buna görə də biz tərəfdən heç bir kompensasiya nəzərdə tutulmur. Bu halda vətəndaşlaq məhkəməyə müraciət edərək öz haqlarını icra hakimiyyətindən tələb edə bilərlər.”
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...