III Avropa Oyunları bu şəhərdə keçiriləcək

14:28 22-06-2019 | icon 3191
III Avropa Oyunları bu şəhərdə keçiriləcək

2023-cü ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyini edəcək şəhərin adı açıqlanıb.

Yarış Polşanın Krakov şəhərində baş tutacaq.

Bu barədə məlumatı Avropa Olimpiya Komitəsinin mətbuat xidməti yayıb.

Yarışmaya ev sahibliyi edəcək şəhərin seçilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin Minskdə keçirilən baş assambleyasında qitənin 50 milli komitəsi tərəfindən açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, Avropa Oyunları Avropa Olimpiya Komitəsinin idarəçiliyi ilə dörd ildən bir keçirilir. Yarışma ilk dəfə 2015-ci ildə Bakı şəhərində təşkil olunub. İkinci Avropa Oyunları Belarusun paytaxtı Minskdə keçirilir.


Digər xəbərlər

0.27439594268799