Cüdoçularımızdan uğursuz çıxış
Belarusda keçirilən II Avropa oyunlarında cüdo yarışlarına start verilib.
Ilk gündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Matyaj Trbovçdan (Sloveniya) güclü olsa da, 1/8 finalda Tornike Tsjkodaeaya uduzub. Eyni çəkidə Orxan Səfərov isə David Starkeli (Sloveniya) keçsə də, 1/8 finalda Yorri Vestraetenlə bacarmayıb. 66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk görüşdə Boqdan İadova (Ukrayna) məğlub olub.
Qadınların yarışında isə 48 kq-da Aleksandra Popu (Rumıniya) üstələyən Aişə Qurbanlı 1/8 finalda Xulian Fiqeroanı keçə bilməyib. 57 kq çəkidə mübarizə aparan İçinxorlu Munxtsedev isə 1/16 finalda Eteri Lipartelianiyə (Gürcüstan) yenilib. 52 kq-da yarışan Gültac Məmmədəliyeva isə ilk iki görüşündə finlandiyalı Katri kako və belçikalı Şarlin Van Sniki məğlub etsə də, 1/4 finalda Aqata Perentslə (Polşa) bacarmayıb. Buna baxmayaraq, o, təsəlliverici görüşə vəsiqə qazanıb. Ancaq orada da italiyalı Odetta Quiffrida uduzan Məmmədəliyeva bürün medal qazanmaq şansını itirib.
Beləliklə, ilk yarış günündə tatamiyə çıxan 7 cüdoçumuzun hamısı medalsız qalıb.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...