Azərbaycan ilk medalını qazandı - Avropa Oyunları

09:26 23-06-2019 | icon 2283
Azərbaycan ilk medalını qazandı - Avropa Oyunları

Azərbaycan Belarusun paytaxtı Minskdə keçirilən  II Avropa Oyunlarında ilk medalını qazanıb.

Akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi ikilisi fərqləniblər. Onlar 28,830 xalla gümüş medal əldə ediblər.

 

Yarışın qalibi 29,060 xalla Viktoriy Aksenova – Kirill Startsev (Rusiya) olub. Üçüncü yeri isə 28,810 xalla Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.


Digər xəbərlər

0.25912189483643