Hamı bu uşaqdan danışırdı, şirkət televizor hədiyyə etdi - Video

09:26 24-06-2019 | icon 4478
Hamı bu uşaqdan danışırdı, şirkət televizor hədiyyə etdi - Video

Küçədə oturub mağaza vitrinindən cizgi filmi izləyən azyaşlıya televizor hədiyyə olunub.

Sosial şəbəkələrdə 7 yaşlı Muradın televizor mağazasının qarşısında yerdə oturub, cizgi filmi izləməsi haqda foto ictimailəşdikdən sonra rəhbərlik azyaşlını sevindirmək qərarına gəlib. Hər gün nənəsi ilə Bakıda eyni küçədən keçərkən cizgi filmi izləyən Murada mağaza rəhbərliyi tərəfindən elə həmin televizor hədiyyə olunub.

 

Muradın anasına da iş tapmaqda köməklik ediləcəyi bildirilib.

 


Digər xəbərlər

0.28852105140686