Hidayət Heydərov: "Olimpiya çempionuna belə asanlıqla qalib gələcəyimi gözləmirdim"
“Beynimdə yalnız qələbə qazanmaq arsuzu hakim idi. Lakin belə asanlıqla qalib gələcəyimi gözləmirdim. Rəqibim tanınmış cüdoçu, olimpiya çempionudur. Görüşə çıxan kimi təmiz qələbə qazandım”.
Bu fikirləri “Minsk 2019” II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.
İyirmi iki yaşlı idmançı bildirib ki, gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib: “Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə həmin anı tuta bildim”.
Heydərov II Avropa Oyunlarında cüdo növündə ilk medalı əldə etməsinə sevindiyini də vurğulayıb: “Buna da şükür”.
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...