Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək

09:47 25-06-2019 | icon 3490
Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək

Şirməmməd Hüseynovun vida mərasimi keçiriləcək.

Mərhumla vida mərasimi iyunun 25-də Bakı Dövlət Universitetində keçiriləcək.

Bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.

Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.


Digər xəbərlər

0.27652883529663