Sotomayordan növbəti qələbə

10:14 25-06-2019 | icon 2871
Sotomayordan növbəti qələbə

“Minsk 2019”un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.

Boksçularımızın dördü də - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) 1/8 finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək 1/4 finala yüksəlib. O, Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.

Məsud Yusifzadə (52 kq) ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub.


Digər xəbərlər

0.28171896934509