Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

12:57 25-06-2019 | icon 3104
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib. Bu barədə tanınmış aktrisanın özü sosial şəbəkədə məlumat verib. 

S. İsgəndərli feysbukda ölkə başçısına minnətdarlığını bildirib: “Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun”.


Digər xəbərlər

0.3561429977417