“Partizani” – “Qarabağ” matçının saatı açıqlandı

12:58 25-06-2019 | icon 3498
“Partizani” – “Qarabağ” matçının saatı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib. Oyun iyulun 10-da Tiranada baş tutacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək. Bu komandalar arasında cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.


Digər xəbərlər

0.20449304580688