Montereyli qonaqlar Lənkəranda - Foto
Lənkəranla qardaşlaşma əlaqələrini uğurla davam etdirən ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin bələdiyyə Şurasının üzvü Allan Haffa və Monterey-Lənkəran dostluq cəmiyyətinin sədri Nensi Selfricdən ibarət nümayəndə heyəti iyunun 23-də Lənkəran şəhərinə səfərə gəlib.
Iyunun 24-də nümayəndə heyəti Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Səmimi şəraitdə keçən qəbul zamanı ABŞ-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmlənməsindən razılıq ifadə olunaraq bu əlaqələr çərçivəsində Lənkəran və Monterey şəhərlərinin qardalaşmasının hər iki ölkənin xalqlarının daha da yaxınlaşmasına və sıx ünsiyyət qurmasına töhfə olduğu vurğulanıb. Lənkəran şəhərinin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə qonaqlara ətraflı məlumat verən İcra başçısı son illərdə rayonda aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr, istifadəyə verilən yeni obyektlər, turizm infrastrukturu, asfalt yollar, körpülər, xüsusilə kənd təsərrüfatının, o cümlədən çayçılıq, çəltikçilik, sitrusçuluq və baramaçılıq sahələrinin sürətli inkişafından geniş söz açıb.
Səmimi qəbula görə İcra başçısına təşəkkürünü bildirən qonaqlar Lənkəranla qardaşlıq əlaqələrinin bundan sonra da dərinləşməsindən ötrü çalışacaqlarını bildiriblər.
Sonra qonaqlar tanışlıq məqsədilə Heydər Əliyev Xatirə Parkında, Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, İstisu Müalicə İstirahət Mərkəzində, “Palıdlı sahil” İstirahət Mərkəzində, Lənkəran Dövlət Universitetində, Lənkəran xalça fabrikində, “Yaşıl çay” fermer təsərrüfatında olub, Hirkan Milli Parkında, Xanbulan dəryaçasında, Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına Parkda Lənkəranla qardaşlaşmış şəhərlərin şərəfinə əkilmiş dəmir ağacına və xatirə lövhəsinə baxıblar.
Həmin gün qonaqlar Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə də görüşüblər.
Səfər müddətində Montereyli qonaqların Lənkəran Olimpiya İdman Kompleksində, “Hallobonq” sitrus bağında, “Cənub Aqro” MMC-nin çəltik zavodunda, “Green East” MMC-nin çəltik plantasiyasında, “Nağıl” uşaq bağçasında, “Mandarin “ uşaq əyləncə mərkəzində, Lənkəran çay fabrikində, M.A.Əliyev adına Tarix-diyarşünaslıq müzeyində (Xan evi) olmaları da nəzərdə tutulub.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...