“Çimərliklərə giriş pulsuzdur” - İcra Hakimiyyəti

18:03 25-06-2019 | icon 4420
“Çimərliklərə giriş pulsuzdur” - İcra Hakimiyyəti

İyunun 15-dən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Departamentdən bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.


Digər xəbərlər

0.29335904121399