Hacı Əliyev erməni ilə güləşəcək

08:35 26-06-2019 | icon 2420
Hacı Əliyev erməni ilə güləşəcək

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

Bu gün daha 3 güləşçimiz mübarizəyə start verəcək. Dünən həmin idmançılarımızın rəqibləri müəyyənləşib.

Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla üz-üzə gələcək. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi isə Radoslav Baran (Polşa) olacaq.

Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) da mübarizəyə qoşulacaq. O debütdə Cenni Franssonla (İsveç) qarşılaşacaq.


Digər xəbərlər

0.24524283409119