Yasamalda 2 nömrəli Tibb Kollecində Məzun Günü - Foto
Yasamal rayonu 2 nömrəli Bakı Baza Tibb kollecində Məzun günü keçirilib.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Səhiyyə Nazirliyinin Kadrlar, Elm, Təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova və kollecin tələbə-müəllim heyəti iştirak edib.
Tədbiri Kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd edib ki, bu gün 7 ixtisas üzrə 527 tələbə məzun adına layiq görülüb. O, kollecin yaranma tarixindən, məzunların şərəfli bir peşəyə yiyələnmələrindən danışıb. Kollecin rəhbəri gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.
Əziz Əzizov məzunları təbrik edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən dövlət quruculuğu ilə yanaşı, gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirilir. Sonra Əziz Əzizov valideynləri, müəllim heyətini və tələbələri məzun günü münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində Tibb Kollecinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırdı.
Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşulublar. Sonra məzunların “Andiçmə” mərasimi keçirilib. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən bir qrup məzun tələbələr kollecin Fəxri Fərman və hədiyyələrilə təltif olunub.
Tədbirin bədii hissəsində məzunların 3 il təhsil aldıqları müddətdə tələbə həyatından bəhs edən qısa film nümayiş olunub. Daha sonra tələbələrin hazırladığı şeir kompozisiyaları, videoçarx, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupu, “Təbib” xor qrupu ifasında çıxışlar bir-birini əvəz edib.
-
Azərbaycanda məktəb direktorları, müavinlər və müəllimlərin maaşları artırılıb
...
-
Rəsmi açıqlanmasa da, bütün imtahanların vaxtı sızdırıldı - Foto
...
-
Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb
...
-
Bakıda işləyən müəllimlərin əməkhaqları açıqlanıb
...
-
Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib
...
-
Nazirin sosial şəbəkələrdə müzakirə olunan çıxışının - Videosu
...
-
Məktəb direktorlarının təyinatı səlahiyyəti Təhsil Nazirliyinə verilib
...
-
Azərbaycanda tələbə təqaüdlərinin məbləği artırılıb
...
-
BANM tələbələri startap müsabiqəsinin qalibi oldular - Fotolar
...
-
Müəllimlərin əməkhaqları artırıldı
...