Bakıda qardaş bacısını parkda öldürdü - “Pub”da işlədiyinə görə
Bakıda 19 yaşlı oğlan bacısını parkda bıçaqlayaraq öldürüb.
Hadisə dünən axşam saatlarında baş verib.
Onlar hər ikisi Füzuli rayonundan məcburi köçkün olan ailənin övladlarıdır və Binəqədi rayonunda yaşayırlar. 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu bacısı, 1997-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızını “Xəqani” bağında bir neçə bıçaq zərbəsi vuraraq öldürüb. Qardaşı onu ürəyindən iki bıçaq zərbəsi vuraraq öldürdükdən sonra hadisə yerindən qaçıb, daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, P.Turabova son günlər gecələr evdən qaçıb gec saatlarda gəlirmiş. Qardaşı Qalib dünən onu izləyib və bacısının həmin yerdə əxlaqsızlıqla məşğul olduğunu görüb. Həmin anda bacısı ilə mübahisə edərək onu öldürüb.
P.Turabova bir müddət əvvəl boşanıb və 1 uşağı var. O, evdən qaçdığı vaxtlar “Arena Pub” adlı kluba gedirmiş.
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...
-
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
...
-
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı
...
-
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
...
-
Bakıda həkimlərin başına iş gəldi - Yeni vatsap dələduzluğu
...
-
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayıb
...
-
Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
...
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...
-
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
...