Fazil Məmmədovun vəziyyəti necədir?
Uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşib. Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən F.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı Gəncə Beynəlxalq Hospitalından Modern.az-a verilən məlumata görə, hazırda Fazil Məmədovun səhhəti normaldır:
“Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub. Gətirilərkən vəziyyəti nisbətən ağır idi. Lazımi müayinə və müalicələrdən sonra hazırda səhhəti normallaşıb. Əməliyyat olunması planlaşdırılmır”.
F.Məmmədov Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altındadır.
Qeyd edək ki, F.Məmmədov pankreatit xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də uzun müddət Türkiyədəki “American Hastanesi”ndə müalicə alıb.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...