Arif Qasımov sakinlərlə görüşdü - Foto
Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 272 №-li tam orta məktəbdə Q.Qarayev prospekti 118, B.Nuriyev küçəsi 14, 20/116 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq, rayonda mütəmadi olaraq səyyar qəbulların keçirildiyini qeyd edib, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbulda sakinlər məhəllədaxili yolların asfaltlanması, binaların dam örtüklərinin və istilik sisteminin təmiri, tüstü bacalarının təmizlənməsi, zirzəmilərin dezinfeksiya olunması, məhəllənin abadlaşdırılması və digər sosial problemlərlə bağlı Arif Qasımova müraciət ediblər.
Rayon sakinlərinin arzu və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, əlavə araşdırmaya ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...