Taleh Qaraşov Kənarmeşədə görüş keçirib - Foto
İyunun 27-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Kənarmeşə kəndində keçirib.
Icra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən qəbulda vətəndaşların müraciətləri dinlənilib, inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.
Qəbul zamanı sakinlər son illərdə Lənkəran rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən, xüsusilə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsindən və Aşağı Nüvədi-Kənarmeşə -Şürük magistral avtomobil yolunun başdan-başa asfaltlanmasından razı qaldıqlarını bildirərək, bu qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər həyata keçirilən sosial-iqtisadi islahatların, icra olunan infrastruktur layihələrin onların maddi-məişət şəraitinin yaxşılaşdırdığını minnətdarlıq hissi ilə vurğulayıblar.
Qəbul-görüşün zamanı sakinlər görülən işləri yüksək qiymətləndirməklə yanaşı Kənarmeşə kəndinin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə əlaqədar müraciət edərək bir sıra təkliflər irəli sürüblər. Qaldırılan məsələlər yerindəcə müzakirə olunaraq onların həlli ilə bağlı aidiyyatı məshul şəxslərə İcra başçısı tərəfindən konkret tövsiyyə və tapşırıqlar verilib.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...