Əliyev Bakı Şəhər İcra Hakimiyyətinə pul ayırdı

18:49 27-06-2019 | icon 3020
Əliyev Bakı Şəhər İcra Hakimiyyətinə pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. 


Digər xəbərlər

0.26551389694214