Prezidentdən yeni sərəncam

18:50 27-06-2019 | icon 3478
Prezidentdən yeni sərəncam

Azərbaycanın Birinci Vitse-Prezidenti və Vitse-Prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinə ezamiyyə xərcləri ödəniləcək.

Bununla bağlı Prezident İlham Əliyev “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın 4-cü hissəsinə, habelə “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinə “Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin” sözləri əlavə edilir.

 

Dəyişikliklə, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentinin və vitse prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin mehmanxana xərcləri təqdim edilmiş sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.

Prezidentin, Birinci vitse-prezidentin və vitse prezidentlərin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin gündəlik xərcləri müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində ödənilir.


Digər xəbərlər

0.22396492958069