Şəhidlərin xatirəsi əbədidir
70 illik tarixə malik olan Holcim-in Qaradağ Sement zavodu insanların yaddaşında keyfiyyətli sement istehsalçısı kimi həkk olmuşdur. Şirkətin fəaliyyəti dövründə bir çox şanlı və kədərli anlar olmuşdur. Şirkətin dəfələrlə əməyin mühafizəsi, istehsalat, sosial sahədə mükafatlar alması sevinc doğurur. Lakin şirkətin qəhrəman və mərd əməkdaşları barəsində bir çoxlarının məlumatı yoxdur. Beləki 1991-1993-cü illərdə Qarabağ Müharibəsi zamanı Qaradağ Sementin 40-a yaxın əməkdaşı müharibədə iştirak etmiş onlardan 7 əməkdaş vətənin müdafiəsi uğrunda şəhid olmuşdur. Onların xatirəsi zavod kollektivi üçün əzizdir və hər il olduğu kimi bu ildə Silahlı Qüvvələr Günü Holcim Azərbaycan şirkəti tərəfindən qeyd edildi. Veteran işçilər və şəhid ailələrinin üzvləri ilə görüşlər keçirilərək gənclərlə vətənpərvərlik sahəsində işlərin aparılması və s mövzular müzakirə olundu. Veteran işçilər şəhid olmuş əməkdaşlarla birgə xatirələrini və təəssüratlarını bölüşdülər. Sonda şirkətin əməkdaşları şəhid olmuş olmuş işçilər: Kazımov Telman, Cavadov Əliheydər, Əzizov Elçin, Soltanov Uğur, Fətullayev Bəxtiyar, Əşrəfov Azər, Vladimir Modinin xatirəsini əbədiləşdirən abidəni ziyarət etmişdirlər.
Şəhidlərin əziz xatirəsi həmişə əməkşalarımızın qəlbindədir və onların xatirəsi heç zaman unudulmayacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Qeyd edək ki, Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...