Akademik Musiqili Teatrın balet truppası beynəlxalq festivalda iştirak edəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir Beynəlxalq tədbirə –Türkiyə Cümhuriyyətində təşkil olunacaq 25-ci Bayburt Dədə Qorqud Uluslararası Mədəniyyət və Sənət Festivalına dəvət alıb.
Hər il bir çox dünya ölkələrinin, xüsusilə də türkdilli dövlətlərin tanınmış və məşhur incəsənət xadimlərinin qatıldığı bu şənlik 2019-cu il 22-28 iyul tarixlərində Türkiyənin qədim Bayburt şəhərində baş tutacaq. İnanclara görə burada hətta ulu Dədə Qorqudun məzarı da var.
“1995-ci ildən əsası qoyulan bu mötəbər tədbir o vaxtdan bəri hər il böyük bayram şənliyi kimi qeyd olunur. Teatrımızın balet truppasının artıq 2-ci dəfə bu festivala dəvət olunması bizdə böyük sevinc hissi doğurur. Bundan əvvəl onlar 2008-ci ildə ölkəmizi uğurla təmsil ediblər… Dədə Qorqudun bütün dünyada daha geniş miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə təşkil olunan bu festival çox rəgarəng və zəngin proqrama malikdir.
Festival çərçivəsində müxtəlif tədbirlər – sərgilər, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçiriləcək. Tədbir iştirakçıları Dədə Qorqudun Masat kəndindəki məzarını da ziyarət edəcəklər. Bu festival tariximizi, mədəniyyətimizi öyrənmək baxımından gənclər üçün çox maraqlı və əhəmiyyətlidir. İnanıram ki, 25-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik”, – deyə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev bildirib.
-
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTOLAR
...
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...
-
“Yeddi oğul istərəm” filminin aktyorları 54 ildən sonra bir arada - Video
...
-
Sumqayıtda mərhum rejissor Rövşən Almuradlının 70 illik yubileyi qeyd edildi - FOTOLAR
...
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...