Alı Alıyev ümumrayon müşavirəsi keçirib - Foto

17:31 28-06-2019 | icon 2856
Alı Alıyev ümumrayon müşavirəsi keçirib - Foto

Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin binasında Füzuli rayonunda İcbari Sığorta haqqında qanunun icra vəziyyətinin gedişi və kənd təsərrüffatı ilə əlaqədar ümumrayon müşavirəsi keçirilib.

Müşavirədə Füzuli rayon İHBA-nın işçiləri, idarə, müəssisə təşkilat rəhbərləri, məktəb direktorları, bağça müdirləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkədə uğurla həyata keçirilən sosial layihələrdə Füzuli rayonunun fəal təmsil olunduğunu vurğulayıb. Aqrar sektorun dirçəldilməsinin rayon üçün uğurlu nəticələr verdiyini deyən rayon rəhbəri bu il füzulilərin 50 tona yaxın barama istehsal etdiklərini bunun isə qısa müddətdə rayon əhalisinə 450000 manat məbləğində qazanc gətirdiyini müşavirə iştirakçılarına çatdırıb. Bu günə qədər rayonda 100 000 tondan artıq taxıl istehsal olunduğunu diqqətə çatdıran Alı Alıyev çuğundur və pambıqçılıq kimi kənd təsərrüaffatı sahələrinə də böyük maraq göstərildiyini bildirib. 

Rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Bağır Aslanov çıxış edərək bildirib ki, bütün digər sahələr kimi dövlət sığorta siyasəti də əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə rayon ərazisində mühüm addımlar atılmasına idarə, müəssisə, təşkilat kollektivlərinin sığortaya cəlb olunması üçün maarifləndirici tədbirlər görülməsinə baxmayaraq hələ də nöqsanların olduğu diqqətə çatdırılıb. Bu barədə lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Alı Alıyev mövcud nöqsanların aradan qaldırılması, dövlət siyasətinin ciddi məsuliyyətlə yerinə yetirilməsi, vətəndaş-məmur münasibətlərinin daim nəzarətdə saxlanması istiqamətində tövsiyə və tapşırıqlarını verib.

 




Digər xəbərlər

0.22143411636353