İnstaqramda yayılan video ilə bağlı açıqlama - “Ana uşağı ilə dilənirmiş” + Video

17:43 28-06-2019 | icon 2107
İnstaqramda yayılan video ilə bağlı açıqlama - “Ana uşağı ilə dilənirmiş” + Video

“Nəriman Nərimanov” metrostansiyasının ərazisində azyaşlı uşağını dilənçiliyə sövq edən qadına polis əməkdaşlarının zor tətbiq etməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib. 

 Metro Polisindən bildirilib ki, dilənçiliyi nəinki özünə, hətta övladına  dolanışıq vasitəsi kimi seçən Ağdaş sakini Nuridə Quliyeva və azyaşlı oğlu stansiyanın keçidində dilənərkən ərazidə xidmət aparan metro polisinin əməkdaşları tərəfindən saxlanılıb, belə halın qanunsuz olduğu nəzərinə çatdırılmaqla ərazini tərk etməsi tələb olunub. Lakin Nuridə Quliyeva polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələrlə polis və metropoliten əməkdaşlarını təhqir edərək əsassız yerə hay-küy salmaqla, ictimai asayişi pozub. 

Sonuncu hadisədən öncə N.Quliyeva azyaşlı övladı ilə metronun “Nərimanov” və digər stansiyaların keçidlərində dəfələrlə dilənçiliklə məşğul olduğu üçün saxlanılıb və xəbərdarlıq edilməklə sərbəst buraxılıb.(qafqazinfo)

 

 

Digər xəbərlər

0.23438501358032