Mariya Stadnikdən qızıl medal!

20:28 28-06-2019 | icon 2516
Mariya Stadnikdən qızıl medal!

Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 7:1 hesabı ilə məğlub edən olimpiya mükafatçımız çempion olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib. 

 

 

Digər xəbərlər

0.24402904510498